24 İyul 2019, Çərşənbə - 00:53

Minsk-2019: Azərbaycan boksçusu finala vəsiqə qazanıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 81 kq çəki dərəcəsində yarımfinal döyüşləri başa çatıb. Azərbaycan yığmasının boksçusu Alfonso Dominqes də qalib gəlməklə, adını finala yazdırıb.

Belə ki, 81 kq çəki dərəcəsində çıxış edən boksçumuz həm də Avropa çempionatı statusu daşıyan yarışın finalına vəsiqə uğrunda italiyalı Simone Fiori ilə görüşüb. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0 hesabı ilə məğlub edən boksçumuz ardıcıl 4-cü qələbəsini qazanıb – 4:1. Bununla da təmsilçimiz ən azı gümüş medalı təmin edib.

O, finalda Qor Nersesyana (Ermənistan) qalib gələn Bencamin Vittakerlə (Böyük Britaniya) üz-üzə gələcək. Final qarşılaşması iyunun 29-da Bakı vaxtı ilə saat 18:55-də baş tutacaq.

Qeyd edək ki, bunadək yarımfinal döyüşünü keçirən digər Azərbaycan təmsilçisi Lorenzo Sotomayor (69 kq) məğlub olaraq bürünc medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası