14 Noyabr 2018, Çərşənbə - 12:28

Millimiz Rusiyadan 3 medalla qayıdır

Rusiyanın Qroznı şəhərində kişi boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan sayca 10-cu yarışda Azərbaycan millisi 1 qızıl və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində Məhəmməd Abdullayev (+91 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. O, finalda hindistanlı Kumar Satişi 3:2 hesabı ilə məğlub edib.
Digər boksçularımızdan Araz İmaməliyev (52 kq) və Cəbrayıl Yelikov (81 kq) üçüncü yeri tutublar.

Yığmamız komanda hesabında 4-cü yerdə qərarlaşıb. İlk pilləyə 5 qızıl, 6 gümüş və 7 bürünc medal qazanan Rusiya sahib olub.

Qeyd edək ki, turnirdə 17 ölkədən 105 boksçu qüvvəsini sınayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası