19 İyun 2019, Çərşənbə - 03:09

Millimiz Avropa çempionatına 10 boksçu ilə qatılacaq

Martın 8-dən 17-dək 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək. Rusiyanın Vladiqafqaz şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.
Yığmamızın məşqçilər korpusu qitə birinciliyində 10 boksçuya şans verəcək. Belə ki, kişilərin mübarizəsində Rüfət Hüseynov (49 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaq. Qadınların yarışında isə Günel Rəhimova (48 kq) ilə Aliyə Vəlizadə (60 kq) qüvvələrini sınayacaq.
Qeyd edək ki, boksçularımız fevralın 23-dən yarışın keçiriləcəyi Vladiqafqaz şəhərində təlim-məşq toplanışındadırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası