14 İyul 2020, Çərşənbə axşamı - 13:30

Milli komandamız paytaxtımızda Mərakeş idmançıları ilə birlikdə təlim-məşq toplanışına başlayacaq

Byok2015-ci il dünya çempionatını uğurla başa vuran boks üzrə milli komandamız bir müddətlik fasilədən sonra yenidən təlim-məşq toplanışına start verib. Azərbaycan Boks Federasiyasının boks mərkəzində davam edən hazırlıq prosesi planlaşdırılmış şəkildə davam etdirilir.  Dohada keçirilən Boks üzrə Dünya çempionatında uğur qazanan idmançılarımız qarşıdan gələn 2016-cı il Rio-de-Janeiro Yay Olimpiya Oyunlarının hazırlıq planlarını davam etdirir. Lisenziya xarakterli turnirlərə hazırlaşan boksçularımız məşqçilərin tapşırıqlarına əsasən həm fiziki, həm də texniki prosesləri keçirlər. Komandamızın heyətində 49 kq çəki dərəcəsində Rüfət Hüseynov, 52 kqda Elvin Məmişzadə, 56 kq çəkidə Cavid Çələbiyev və Tayfur Əliyev, 60 kq çəki dərəcəsində Albert Səlimov və Elvin İsayev, 64 kqda Lorentso Sotomayor, 69da Pərviz Bağırov, 75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı, 81 kq çəkidə Teymur Məmmədov və 91 kqda Abdulkadir Abdullayev məşqlərini davam etdirirlər. Komandamızın lideri Məhəmmədrəsul Məcidov isə artıq zədəsini sağaltmaq üzrədir. Komandamızın böyük məşqçisi Nəriman Abdullayev həm hazırlıq prosesi barədə, həm də qarşıdakı yarışlarla bağlı fikirlərini bildirdi. “Komandamız gərgin və uğurlarla keçən ili geridə qoymaq üzrədir. Bu il idmançılarımız həm Avropa Oyunlarında, həm dünya çempionatında inamlı çıxış edərək tarixi nəticələr qazandılar. Qarşıda bizi Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər gözləyir. Bu yarışlar üçün hazırlıq prosesimizi davam etdiririk. Biz gücümüzü ortaya qoyub Rioda keçiriəcək olimpiya oyunlarına maksimum – 10 lisenziya ilə yollanmaq istəyirik”.  Qeyd edək ki, dekabrın 10-dan etibarən boks üzrə Mərakeş milli komandası paytaxtımızda idmançılarımızla birlikdə təlim-məşq toplanışına başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası