23 İyul 2018, Bazar ertəsi - 02:10

Milli komandalarımız Avropa çempionatına hazırlığı davam etdirir

Boks üzrə Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandaları təlim-məşq toplanışını davam etdirirlər. Millilərimiz martın əvvəlində başlayan hazırlığın arxada qalan hissəsində əsasən fiziki və texniki çalışmalar üzərində işləyiblər.

Boks Mərkəzində gerçəkləşən toplanış martın 23-dək davam edəcək. Məşqlərdə məqsəd 22 yaşadək boksçular arasında Avropa çempionatına hazırlıqdır. Yarış martın 24-dən aprelin 2-dək Rumıniyanın Tırqu-Jiu şəhərində təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası