16 Oktyabr 2019, Çərşənbə - 04:27

Məsud Yusifzadə 1/8 finala vəsiqə qazanıb

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın altıncı günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb.

52 kq çəkidə mübarizə aparan Məsud Yusifzadə Yekaterinburqda ilk qarşılaşmasını keçirib. 1/16 final mərhələsi çərçivəsində Səid Mortaji (Mərakeş) ilə qarşılaşan təmsilçimiz 5:0 (30:26, 30:27, 29:28, 30:27, 29:29) hesabı ilə qələbə qazanıb. O, növbəti döyüşündə ermənistanlı Artur Hovannisyanı sınağa çəkəcək. 1/8 final mərhələsinin görüşü sentyabrın 17-də olacaq.

M. Yusifzadədən fərqli, Amin Kuşkov (75 kq) 1/16 final səddini keçə bilməyib. İlk görüşündə türkmənistanlı Nursahat Pazziyevə qalib gələn boksçu rusiyalı Qleb Bakşiyə məğlubiyyətə üzülüb. Gərgin keçən döyüş rəqibin 4:1 (30:27, 28:29, 29:28, 30:27, 30:27) hesablı qələbəsini rəsmiləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası