21 Yanvar 2021, Cümə axşamı - 08:49

Məmməd Eyvazov vəfat edib

Azərbaycan boksuna ağır itki üz verib. Milli komandamızın sabiq baş məşqçisi Məmməd Eyvazov 69 yaşında vəfat edib.

Məmməd Eyvazov 17 noyabr 1951-ci ildə dünyaya gəlib. O idman sahəsində fəaliyyəti müddətində Azərbaycanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi, Azərbaycanın əməkdar idman xadimi, Prezident təqaüdçüsü və “Tərəqqi” medalları ilə təltif olunub. Uzun illər (2001-2008-ci illər) Azərbaycanın boks üzrə milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında yığmamız dünya və Avropa çempionatlarından vətənə bir çox medallarla qayıdıb. Məmməd Eyvazovun baş məşqçisi olduğu komanda Afina-2004 Yay Olimpiya Oyunlarından vətənə 2 bürünc medal gətirib.

Eyvazov bir neçə il Türkiyədə çalışıb və onun rəhbərliyi altında tələbəsi Malik Bəyləroğlu 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Türkiyə adına gümüş medal qazanıb.

Azərbaycan Boks Federasiyasının kollektivi Məmməd Eyvazovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası