Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinov istefa ərizəsi ilə federasiya rəhbərliyinə müraciət edib.
O, bunu səhhəti ilə əlaqələndirib. V. Şirinovun istefası ilə bağlı müraciətinə Azərbaycan Boks Federasiyasının rəhbərliyi baxaraq, qərar verəcək.
Qeyd edək ki, V. Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək son 2 ildə gənclərdən ibarət millimizi çalışdırırdı.