11 İyul 2020, Şənbə - 16:09

Məhəmmədrəsul Məcidov yığmamıza qızıl medal qazandırıb – FOTOSESSİYA

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışları başa çatıb. Bu gün keçirilən final döyüşlərində son olaraq rinqə Azərbaycan millisinin üzvü Məhəmmədrəsul Məcidov çıxıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz suriyalı Manaf Asaadla qarşılaşıb. Görüş Məcidovun qələbəsi ilə başa çatıb.

Beləliklə, 7 gün davam edən yarışda Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası