23 İyul 2018, Bazar ertəsi - 02:24

Məhəmmədrəsul Məcidov və Fuad Aslanov 2017-ci ilin ən yaxşıları arasında

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2017-ci ilin idman yekunlarına həsr edilmiş mərasim təşkil olunub. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi, eyni zamanda Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev, müxtəlif federasiyalarının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Mərasimdə bir sıra nominasiyalar üzrə ilin ən güclülərinin adları açıqlanıb. Mükafatlandırılanlar arasında boks hakimi və bu növ üzrə yığma komandanın üzvü də olub.

Bir sıra yarışlarda ədaləti qoruyan Fuad Aslanov ilin ən yaxşı hakimləri arasında fəxri diplomla təltif edilib.

Bu il üçüncü dəfə dünya çempionluğuna yiyələnən və IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Məhəmmədrəsul Məcidov ilin ən yaxşı idmançılarından biri olub. O, 2017-ci ildə fərqlənən 12 idmançı sırasına daxil edilərək, mükafatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası