19 Avqust 2019, Bazar ertəsi - 19:09

Məhəmməd Abdullayev beynəlxalq turnirdə yarımfinala yüksəlib

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”na start verilib.

10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirin ilk günündə Azərbaycan millisinin iki idmançısı rinqə çıxıb. Təmsilçilərimizdən Məhəmməd Abdullayev (+91 kq) özbəkistanlı Obidjon Tohirovla üz-üzə gəlib. Döyüş boksçumuzun 3:2 (30:27, 30:27, 30:27, 28:29, 28:29) hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə Abdullayevi yarımfinala yüksəldib. O, növbəti qarşılaşmasına mayın 10-da çıxacaq.

Digər boksçumuz Bəxtiyar Qazıbəyov (64 kq) isə rusiyalı İlya Popovla görüşüb. Döyüş rəqibin 4:1 (27:30, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün daha 5 boksçumuz mübarizəyə qoşulacaq. Rüfət Hüseynov (49 kq) Amintaza Bekişevlə, Tayfur Əliyev (56 kq) Maksim Çernişovla, Elnur Süleymanov (64 kq) Maqomed Murtazaliyevlə qarşılaşacaq, Hər 3 rəqib Rusiyadandır. 75 kq çəki dərəcəsində rinqə çıxacaq Kamran Şahsuvarlı meksikalı Ektor Martineslə, 91 kq çəkidə gücünü yoxlayan Rahil Məmmədli isə moldovalı Andrey Zaplitninlə üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası