07 Avqust 2020, Cümə - 19:27

Məcidov və Sotomayorun ilk rəqibi dəqiqləşib

Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib. 64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda Vahid Hambli (Fransa) ilə gücünü yoxlayacaq.

Olimpiya mükafatçımızın rəqibinin adı yarışın startı günü məlum olub. 1/16 finalda Fredi Çiobanunu (Rumıniya) 5:0 hesabı ilə məğlub edən fransalı mərhələ adladığından 1/8 finalda Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan təmsilçimiz Hambli ilə iyunun 19-da döyüşəcək.

+91 kq çəki dərəcəsində mübarizə aparacaq Məhəmmədrəsul Məcidov isə 1/8 finalda Petar Belberovla (Bolqarıstan) üz-üzə gələcək. 2 qat dünya çempionumuzun rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Aleksandr Kaleyevi (Belarus) mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib. Məcidovun da ilk görüşü iyunun 19-da olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası