26 May 2022, Cümə axşamı - 02:51

Mahir Hüseynov vəfat edib

Azərbaycan boksuna itki üz verib. Əməkdar məşqçi, SSRİ idman ustası Mahir Hüseynov dünyasını dəyişib.

O, bir müddət öncə yerləşdirildiyi tibb müəssisəsində koronavirusdan vəfat edib.

Mahir Hüseynov Gəncə boks məktəbinin yaradıcılarından olub. Onun tələbələri dünya, Avropa və Azərbaycan çempionatlarında uğurlu çıxışı ilə fərqləniblər.

Azərbaycan Boks Federasiyasının kollektivi Mahir Hüseynovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası