28 Sentyabr 2021, Çərşənbə axşamı - 04:33

Lorenzo Sotomayor Olimpiada ilə vidalaşıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayor (69 kq) Yaponiya paytaxtında ilk qarşılaşmasına çıxıb.

Olimpiadanın gümüş medalçısı “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilən yarışın 1/16 final çərçivəsində Əsgərxan Madiyevlə (Gürcüstan) üz-üzə gəlib. Lorenzo qaşından zədələndiyi üçün hakim üçüncü raundda görüşü dayandırıb və rəqibi qalib elan edib.

Qeyd edək ki, bu gün daha 1 boksçumuz mübarizəyə qoşulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası