21 Sentyabr 2019, Şənbə - 12:43

Lorenzo Sotomayor Avropa Oyunlarını bürünc medalla başa vurub

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinin döyüşlərinə start verilib. Finala gedən yolda Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da “Uruçye Arena”da rinqə çıxıb.

69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz böyük britaniyalı Pat Makkormakla qarşılaşıb.

Bunadək “Uruçye Arena”da keçirdiyi 1/16 finalda ermənistanlı Qurqen Madoyanı 5:0, 1/8 finalda bosniya və herseqovinalı Adem Fetahoviçi 4:1, 1/4 finalda kosovolu Patriot Behramii 5:0 hesabı ilə məğlub edən L.Sotomoayor bu dəfə qalib gələ bilməyib. Bununla da idmançımız həm də Avropa çempionatı statusu daşıyan Avropa Oyunlarında bürünc medal qazanıb. Bu, təmsilçimizin mötəbər yarışda ikinci mükafatıdır. Rio Olimpiadasının gümüş mükafatçısı dörd il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi olmuşdusa, bu dəfə kolleksiyasına bürünc əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası