11 İyul 2020, Şənbə - 15:38

Kamran Şahsuvarlı: Öz vətənimdə qızıl medal qazanmağı çox istəyirdim

Azərbaycan millisinin boksçusu Kamran Şahsuvarlı (75 kq) IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışını dəyərləndirib. Olimpiya mükafatçımız bildirib ki, qızıl medal arzusunda olsa da, ikinci yer də pis nəticə deyil:

“Yarış mənim üçün pis keçmədi. Ancaq final döyüşümdə bir az anlaşmazlıq oldu. Necə olduğunu özüm də başa düşmədim. Rəqibdən geri qaldığımı düşünmürəm. Amma belə hər şey yaxşıdır. Məşqlərimizi davam etdirib, Avropa çempionatına hazırlaşacağıq. Öz vətənimdə qızıl medal qazanmağı çox istəyirdim. Təəssüf ki, alınmadı. Qazaxıstanlı rəqibim Tursinbay Kulahmet məndən bir az sürətli döyüşdü. Onun birinci raundda elə işləyəcəyini gözləmirdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası