Bu gün boks üzrə kadetlər arasında Sumqayıt zonasının birinciliyinə start verilib. Cənub, Şimal, Bakı və Qərb zonasından sonra baş tutan yarış “Gənclik şəhəri”ndə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilir.
Zona birinciliyində 17 çəki dərəcəsində 106 boksçu mübarizəyə qoşulub. Finalçılar ölkə birinciliyində iştirak hüququ qazanacaqlar. Yarış 4 gün davam edəcək.
Növbəti – sonuncu turnir mayın 25-26-da Naxçıvan zonası üzrə olacaq. 6 zonanın ən güclüləri isə iyunun 12-17-də Bakıda olacaq ölkə birinciliyində gücünü yoxlayacaq.
Qeyd edək ki, bu yarışların təşkilində əsas məqsəd boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsidir.