23 Sentyabr 2018, Bazar - 02:24

İki boksçumuz yarımfinala vəsiqə qazanıb

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın dördüncü günündə Azərbaycan millisinin 5 idmançısı rinqə çıxıb. Onlardan ikisi növbəti qələbəsini qazanmaqla, yarımfinal yüksəliblər.

Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov üçüncü görüşünü də qələbə ilə başa vurub. Həmyerlimiz 1/4 finalda Nikolay Terteryanı (Danimarka) mübarizədən kənarlaşdırıb. O, erməni əsilli rəqibini 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. Səfərov yarımfinala yüksəlməklə, özü üçün bürünc medalı da təmin edib. Təmsilçimiz növbəti qarşılaşmasına aprelin 24-də çıxacaq. Finala gedən yolda onun rəqibi hollandiyalı van Peer Cas olacaq.

Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənov da adını yarımfinala yazdırıb. Özü üçün ən azı bürünc medalı təmin edən boksçumuz 1/4 finalda Mikita Buçkodan (Belarus) güclü olub. Həmyerlimiz rəqibinə 4:1 (29:28, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib. O, aprelin 24-də baş tutacaq 1/2 finalda şotlandiyalı Samuel Hikki ilə qüvvəsini sınayacaq.

Bu boksçularımızdan fərqli, Zaur Musayev Ruslan Koleşikova (Rusiya), Vüqar Səmədov (+91 kq) Oskar Koperaya (Polşa) və Ruhanə Məmmədova (60 kq) Françeska Delle Pianeyə (İtaliya) məğlub olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası