14 Noyabr 2018, Çərşənbə - 12:28

Həsənov mundialla vidalaşıb

Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyində 1/4 finala start verilib. 65 ölkədən 359 idmançının qatıldığı mundialın bu mərhələsinin ilk günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.

69 kq çəki dərəcəsində gücünü yoxlayan Nicat Həsənov (69 kq) tailandlı Peerapat Yeasunqneonla döyüşüb. Görüş rəqibin 4:1 (28:29, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün boksçularımızdan İsmayıl Yaqubov (91 kq) ikinci görüşünə çıxacaq. O, yarımfinala gedən yolda İqor Fedorovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası