14 İyul 2020, Çərşənbə axşamı - 14:32

Gənc boksçuların dünya çempionatının vaxtı dəyişdirilib

Gənc boksçular arasında dünya çempionatı təxirə salınıb. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2020-ci ildə Polşanın Keltse şəhərində keçirilməli olan oğlanlar və qızlar arasında mundialın vaxtını dəyişib.

Buna koronavirus pandemiyası səbəb olub. Yarış 2021-ci ildə baş tutacaq. Çempionatın aprelin 10-24-də təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, gənclərin dünya çempionatında 2002-2003-cü il təvəllüdlü boksçular qüvvəsini sınayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası