27 İyul 2021, Çərşənbə axşamı - 21:37

Emili Rzayeva polşalı boksçu ilə qarşılaşıb

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın beşinci günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.

1/4 final mərhələsi çərçivəsində baş tutan qarşılaşmada Emili Rzayeva (63 kq) Karolina Kunu (Polşa) sınağa çəkib. Döyüş rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq. Bu gün isə 1/4 final mərhələsinin qarşılaşmaları təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası