28 Sentyabr 2021, Çərşənbə axşamı - 04:40

Dünya çempionumuz Tokio-2020-yə qələbə ilə başlayıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ilk qarşılaşmasına çıxıb.

63 kq çəkidə mübarizə aparan dünya çempionumuz “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilən yarışın 1/16 final çərçivəsində Yaroslav Hartsizlə (Ukrayna) döyüşüb. Görüş təmsilçimizin 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Çələbiyev 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası