17 İyun 2021, Cümə axşamı - 20:29

Dünya çempionatının tarixi dəqiqləşib

Serbiyanın paytaxtı Belqradda bu il kişi boksçular arasında keçiriləcək dünya çempionatının tarixi dəqiqləşib. Bu barədə məlumatı AİBA açıqlayıb.

Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar çətin durum olsa da, boksun inkişafı davam etdirilməlidir. Bu səbəbdən də mundialın oktyabrın 26-da start götürüb və noyabrın 6-da başa çatdırılması qərara alınıb.

Qeyd edək ki, sonuncu dünya çempionatı 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub. 2023-cü ildə isə mundiala Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası