14 Noyabr 2018, Çərşənbə - 12:28

Dünya birinciliyi: Yaqubovdan uğurlu start

Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyi davam edir. 65 ölkədən 359 idmançının qatıldığı mundialın beşinci günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.

Boksçularımızdan İsmayıl Yaqubov (91 kq) mübarizəyə qoşulub. O, avstriyalı Əhməd Haqaqı sınağa çəkib. Qarşılaşma 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb. Yaqubov 1/4 finalda İqor Fedorovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək. Döyüş avqustun 27-də olacaq.

Qeyd edək ki, bu gün yığma üzvlərindən Nicat Həsənov (69 kq) ikinci görüşünə çıxacaq. O, 1/4 finalda tailandlı Peerapat Yeasunqneonla döyüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası