23 Sentyabr 2018, Bazar - 03:05

Dünya birinciliyi: Həsənov 1/4 finalda!

Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyi davam edir. 65 ölkədən 359 idmançının qatıldığı mundialın dördüncü günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Belə ki, təmsilçilərimizdən Səbuhi Abışov ikinci döyüşünü keçirib. 64 kq çəki dərəcəsində gücünü yoxlayan boksçumuz 1/8 finalda iordaniyalı Bader Samrinlə üz-üzə gəlib. Abışov ilk görüşdəki uğurunu davam etdirə bilməyib. O, 0:5 (27:30, 28:29, 27:30, 27:30, 26:30) hesabı ilə məğlub olub.

Səbuhidən fərqli, Nicat Həsənov (69 kq) 1/4 final mərhələsinə vəsiqə qazanıb. Rumıniyalı Tayson Lubertlə qarşılaşan idmançımız rinqdən qalib ayrılıb – 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28). Həsənov yarımfinala gedən yolda tailandlı Peerapat Yeasunqneonla döyüşəcək. Görüş avqustun 26-da baş tutacaq.

Qeyd edək ki, boksçularımızdan bu gün İsmayıl Yaqubov (91 kq) mübarizəyə qoşulacaq. O, avstriyalı Əhməd Haqaqı sınağa çəkəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası