14 Noyabr 2018, Çərşənbə - 12:51

Dünya birinciliyi: Daha bir boksçumuz 1/8 finalda!

Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyi davam edir. 65 ölkədən 359 idmançının qatıldığı mundialın ikinci günündə Azərbaycan millisinin 3 üzvü mübarizəyə qoşulub.

Onlardan Səbuhi Abışov döyüşünü qələbə ilə başa vurub. 64 kq çəki dərəcəsində gücünü yoxlayan təmsilçimiz Yu-Şenq Hunqu (Çin Taypeyi) yarışdan kənarlaşdırıb. O, 3-cü raundda təmiz qələbə qazanıb. Abışov 1/8 finalda iordaniyalı Bader Samrinlə üz-üzə gələcək. Bu qarşılaşma avqustun 24-də olacaq.

Səbuhidən fərqli, Nurlan Səfərovla (60 kq) Zaur Musayev (81 kq) dünya birinciliyi ilə vidalaşıblar. Boksçularımız müvafiq olaraq, Rahat Seitjan (Qazaxıstan) və Kristian Çaveco (Kuba) ilə görüşdən məğlub ayrılıblar.

Qeyd edək ki, Azərbaycan yığması mundiala 6 boksçu ilə qatılıb. Təmsilçilərimizdən sabah Maqsud Xasmetov (49 kq) növbəti qarşılaşmasına çıxacaq. 1/16 finalda uqandalı Fişer Odoça qalib gələn idmançımız ikinci görüşündə Rafael Biançi Benderi (Braziliya) sınağa çəkəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası