27 İyul 2021, Çərşənbə axşamı - 23:32

Daha 3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın dördüncü günündə Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb.

1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşmada Fərhad Şeydayev (63 kq) Martin Rusnakla (Çexiya) üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək, mərhələ adlayıb. O, 1/4 finalda israilli Adham Kayoufla döyüşəcək.

Ziya Həsənovun (66 kq) da ilk görüşü uğurlu alınıb. Boksçumuz Valentin Volokova (Moldova) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Həmyerlimiz 1/4 finalda gürcüstanlı Mehman Namazovu sınağa çəkəcək.

Eldar Əsədli (+80 kq) isə döyüşü vaxtından əvvəl aktivinə yazıb. O, ilk raundda Bəyazit Atilir (Türkiyə) üzərində texniki qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda Aleksandr Zelinski (Ukrayna) ilə qarşılaşacaq.

1/4 final mərhələsinin görüşləri iyulun 8-də olacaq.

Komanda yoldaşlarından fərqli, Fuad Babayevlə (60 kq) Lətif Həsənov (70 kq) məğlubiyyətə üzülüblər. Onlar müvafiq olaraq, Paulius Bublis (Litva) və Maksim Naumova (Ukrayna) uduzub.

Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası