30 Sentyabr 2022, Cümə - 12:53

Daha 2 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın ikinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı çıxışını qələbə ilə başa vurub.

Raul Əsədullayev ilkin mərhələdə Miklas Maksimilianla (Slovakiya) qarşılaşıb. 50 kq çəki dərəcəsində mübarizə aparan boksçu rəqibini 5:0 (30:27, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib.

Səma Hüseynova (54 kq) isə ilk görüşündə gürcüstanlı Məryəm Tçapodzedən güclü olub. O, 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Əli Baxışov (42 kq), Rza Rzayev (57 kq) və Mədinə Məmmədova (60 kq) isə məğlub olaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, 28 ölkədən 378 idmançının qatıldığı yarışın ilk günündə yığmanın 4 üzvü ilkin mərhələ döyüşünü qələbə ilə bitirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası