17 İyun 2021, Cümə axşamı - 20:28

Cavid Çələbiyev Tokio-2020-yə lisenziya qazanıb!

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb. Yığmamızın heyətində Tayfur Əliyevin (57 kq) ardınca Cavid Çələbiyev bu hüquqa yiyələnib.

Dünya çempionumuz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesdən (İrlandiya) üstün olub.

Çələbiyev 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiadada da iştirak edib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası