17 İyun 2021, Cümə axşamı - 21:20

Cavid Çələbiyev Sofyan Umia ilə döyüşüb

Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev (63 kq) Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində növbəti görüşünə çıxıb. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən dünya çempionumuz 1/4 çərçivəsində Sofyan Umia ilə üz-üzə gəlib.

Çələbiyevin Fransadan olan rəqibi ilə görüşü gərgin alınıb. Dünya çempionlarının duelindən Umia qalib ayrılıb.

Qeyd edək ki, bu gün daha bir boksçumuz rinqə çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası