07 Avqust 2020, Cümə - 19:43

Cavid Çələbiyev finala vəsiqə qazanıb – FOTOSESSİYA

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 60 kq çəki dərəcəsində finalçıların adları dəqiqləşib. Həlledici döyüşdə Azərbaycan da təmsil olunacaq.

Yığmamızın üzvü Cavid Çələbiyev buna 1/2 finalda qazaxıstanlı Sultan Zaurbəyə qalib gəlməklə nail olub. O, rəqibini 4:1 hesabı ilə məğlub edib.

Dünya çempionumuz mayın 18-də baş tutacaq finalda iraqlı Ammar Karbalai ilə döyüşəcək.

Qeyd edək ki, Cavidə qədər Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (91 kq) da adını finala yazdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası