11 İyul 2020, Şənbə - 14:36

Cavid Çələbiyev Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycan yığmasının daha bir boksçusu II Avropa Oyunlarında mübarizəyə start verib. Dünya çempionu Cavid Çələbiyev Belarusun paytaxtı Minskdə keçirilən yarışın ikinci günündə rinqə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/16 final döyüşündə qüvvəsini sınayıb. “Uruçye Arena”dakı görüşdə onun rəqibi Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviç olub. C.Çələbiyev rəqibinə 5:0 hesabı ilə qalib gəlib.

Dünya çempionumuzun 1/8 finaldakı rəqibi Roland Qaloşa (Macarıstan) 4:1 hesabı ilə qalib gələn Dorin Buska (Moldova) olub.

İdmançımız növbəti döyüşünü iyunun 25-də keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası