21 May 2018, Bazar ertəsi - 12:55

Buenos Ayres-2018-ə lisenziya qazanan idmançılarla görüş keçirilib

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılarla görüş keçirilib. Məşqçilər və federasiya nümayəndələrinin də qatıldıqları tədbiri giriş sözü ilə açan MOK-un idman mütəxəssisi Vaqif Əliyev Olimpiadanın əhəmiyyətindən danışıb.

O, Buenos Ayres-2018-ə hazırlıq, yaşayış və akkreditasiya məsələləri haqqında məlumat verib. Daha sonra MOK-un əməkdaşı Ceyhun Rəhmanov “BOK və Olimpiya Gündəliyi-2020”dən danışıb və dopinqlə mübarizə haqqında videoçarx nümayiş olunub.

MOK-un əməkdaşı, Buenos Ayres-2018-in gənc səfiri Səkinə Vəliyeva isə idman yarışlarının sayı, növləri, onların keçiriləcəyi məkanlar, iştirakçı idmançıların, həmçinin rəsmi şəxslərin ehtimal olunan sayı, komandaların qalacaqları binalar və digər mühüm əhəmiyyət kəsb edən sahələr barədə ilkin məlumat verib.

Tədbirdə idmançı və məşqçilərin sualları da cavablandırılıb.

Qeyd edək ki, oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında boksçumuz Nurlan Səfərov (60 kq) da mübarizə aparacaq. 4 minə yaxın idmançının qatılacağı yarışa Azərbaycan hələlik 7 lisenziya qazanıb. Boksla yanaşı, taekvondo və gimnastika növlərində 1, üzgüçülük və stolüstü tennisdə 2 atletlə təmsil olunacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası