11 İyul 2020, Şənbə - 14:33

Buenos Ayres-2018: 2 bürünc medalın bir addımlığında

Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının boks üzrə yarışlarında yarımfinal görüşləri keçirilir. Finala gedən yolda artıq Azərbaycan millisinin hər 2 üzvü qüvvəsini sınayıb.

Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) tailandlı Atiçay Foemsapla ilə üz-üzə gəlib. Avropa çempionumuz ilk görüşündəki uğurunu davam etdirə bilməyib. Yığmamızın bayraqdarı 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, Səfərov medal şansını qoruyur. Həmyerlimiz 3-cü yer uğrunda misirli Marvan Mamdou Muhamedlə gücünü yoxlayacaq. Döyüş sabah yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə saat 01:15) başlanacaq.

69 kq çəki dərəcəsində mübarizə aparan Nicat Həsənov da yarımfinalda büdrəyib. Avropa çempionatının gümüş medalçısı Yassin Elouarza (Mərakeş) məğlub olub – 1:4 (27:30, 27:30, 28:29, 28:29, 29:28). Həsənov bürünc medal üçün özbəkistanlı Caxongir Raxmonovla qarşılaşacaq. Bu döyüş də sabah olacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası