19 İyun 2019, Çərşənbə - 03:13

“Böyük İpək Yolu”: Finalda 7 boksçumuz mübarizə aparacaq

Boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində 1/2 final mərhələsinin görüşləri başa çatıb. Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın beşinci günündə finalçıların adlarına aydınlıq gəlib.

Bu gün baş tutan 20 qarşılaşmada Azərbaycan millisinin 15 boksçusu qüvvəsini sınayıb. Onlardan 7-si həlledici döyüşdə iştirak hüququ qazanıb. 8 boksçumuz isə bürünc medalla kifayətlənib.

Final mərhələsinin görüşləri sabah olacaq.

Qeyd edək ki, turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edirlər.

1/2 final
49 kq

Casurbek Latipov (Özbəkistan) – Şalkar Ayxinbay (Qazaxıstan) – 0:3
Yermek Madiyev (Qazaxıstan) – Nodirjon Mirzəhmedov (Özbəkistan) – 0:5

52 kq
Məsud Yusifzadə (Azərbaycan) – Elvin Məmişzadə (Azərbaycan) – 3:2
Oljas Bayniyazov (Qazaxıstan) – Həsənboy Dusmatov (Özbəkistan) – ikinci döyüşə gəlməyib

56 kq
Tayfur Əliyev (Azərbaycan) – Qoşqar Səfərli (Azərbaycan) – 5:0
Abdullaziz Elmandini (Mərakeş) – Orazbek Assilkulov (Qazaxıstan) – 1:4

60 kq
Cavid Çələbiyev (Azərbaycan) – Şukurjon Rəhimov (Özbəkistan) – 2:3
Ruslan Rüstəmov (Azərbaycan) – Mohamed Hamut (Mərakeş) – birinci döyüşə gəlməyib

64 kq
Fərid Ağamoğlanov (Azərbaycan) – Sabirxan Bekbergenov (Qazaxıstan) – 0:5
Alişa Şərifov (Rusiya) – Almasbek Alibekov (Qazaxıstan) – 5:0

69 kq
Maulen Oskenbek (Qazaxıstan) – Sahm Kadim (İraq) – 4:1
İkboljon Xoldarov (Özbəkistan) – Tamerlan Maqomedov (Rusiya) – 4:1

75 kq
Kamran Şahsuvarlı (Azərbaycan) – Gülər Sərhad (Türkiyə) – 3:2
Giorgi Manjavadze (Gürcüstan) – Amin Kuşkov (Azərbaycan) – birinci döyüşə gəlməyib

81 kq
Xurşid Abdullayev (Özbəkistan) – Rauf Rəhimov (Azərbaycan) – 0:5
Alfonso Dominqes (Azərbaycan) – Cəbrayıl Yelekov (Azərbaycan) – ikinci döyüşə gəlməyib

91 kq
Madiyar Saydrəhmanov (Özbəkistan) – Yuness Baalla (Mərakeş) – 5:0
İsmayıl Yaqubov (Azərbaycan) – Rahil Məmmədli (Azərbaycan) – 1:4

+91 kq
Danila Semenov (Qazaxıstan) – Sadiq Səmədov (Azərbaycan) – 3:2
Obidjon Toxirov (Özbəkistan) – Şiqabudin Əliyev (Rusiya) – 4:1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası