15 Dekabr 2018, Şənbə - 18:34

Boksçumuz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olacaq

Argentinanın paytaxtı Buenos Ayresədə start götürəcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanın bayraqdarının adı açıqlanıb. Açılış mərasimində üçrəngli bayrağımızı boksçumuz Nurlan Səfərov daşıyacaq.

Milli komandamız Olimpiadada 17 idmançı, ümumilikdə, 40-a yaxın nümayəndə heyəti ilə təmsil olunur. Oyunlarda boksçularımızdan Avropa çempionu Nurlan Səfərovla (60 kq) yanaşı, Nicat Həsənov (69 kq) da qüvvəsini sınayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası