07 İyun 2023, Çərşənbə - 17:25

Boksçumuz Polşada yarımfinala vəsiqə qazanıb

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsinə yekun vurulub. Döyüşlərin yekununa əsasən Azərbaycan millisinin 1 boksçusu qələbə qazanıb.

66 kq çəkidə rinqə çıxan Şəhla Allahverdiyeva Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası