20 Oktyabr 2018, Şənbə - 17:50

Boksçumuz mübarizəni dayandırıb

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib. Yarımfinala gedən yolda Azərbaycan millisinin üzvü Məryəm Cəbrayılova da rinqə çıxıb.

69 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz almaniyalı Nadine Apetzlə üz-üzə gəlib. Görüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb.

Nəticədə Cəbrayılova Avropa çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, 32 ölkədən 146 boksçunun qatıldığı yarış iyunun 12-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası