14 Noyabr 2018, Çərşənbə - 13:34

Boksçumuz mübarizəni dayandırıb

Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyi davam edir. 65 ölkədən 359 idmançının qatıldığı mundialın üçüncü günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.

49 kq çəki dərəcəsində mübarizə aparan Maqsud Xasmetov ikinci görüşündə Rafael Biançi Benderi (Braziliya) sınağa çəkib. 1/8 final çərçivəsində baş tutan döyüş rəqibin qələbəsi ilə başa çatıb – 4:0 (29:28, 29:28, 29:28, 28:28, 29:28).

Qeyd edək ki, boksçularımızdan bu gün Səbuhi Abışovla (64 kq) Nicat Həsənov (69 kq) qüvvəsini sınayacaq. Təmsilçilərimiz müvafiq olaraq, iordaniyalı Bader Samrin və rumıniyalı Tayson Lubertlə üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası