23 Sentyabr 2018, Bazar - 02:34

Boksçumuz medalın bir addımlığında büdrəyib

Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsi başa çatıb. 65 ölkədən 359 idmançının qatıldığı mundialın bu mərhələsinin son günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.

Boksçularımızdan İsmayıl Yaqubov (91 kq) yarımfinala gedən yolda İqor Fedorovla (Rusiya) üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə Yaqubov medalın bir addımlığında büdrəyərək, dünya birinciliyi ilə vidalaşıb.

Qeyd edək ki, yığmamız mundiala 6 idmançı ilə qatılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası