16 May 2021, Bazar - 12:16

Boksçumuz dünya birinciliyində bürünc medal qazanıb

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib. Finala vəsiqə üçün Azərbaycan millisinin üzvü Nicat Hüseynov da rinqə çıxıb.

49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rusiyalı Robert Bədəlyanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Nəticədə Hüseynov dünya birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, aprelin 23-də başa çatacaq mundaila 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası