07 İyun 2023, Çərşənbə - 15:30

Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir start götürüb. Yarışda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə çıxan Məhsəti Həmzəyeva (57 kq) qələbə qazanıb.

O, 1/8 final çərçivəsində ukraynalı Tatyana Kravçiki sınağa çəkib. Həmzəyeva ikinci raundda rəqibini tam üstünlüklə məğlub edib. Yığma üzvü yarışın 3-cü günündə Svetlana Staneva (Bolqarıstan) ilə üz-üzə gələcək.

Bu gün həmçinin millimizin boksçularından Mehparə Məmmədova (48 kq) Olqa Şlimovanı (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevanı (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makineni (Finlandiya), Şəhla Allahverdiyeva (66 kq) Asuteya Ausiuteni (Litva), Aynur Rzayeva (75 kq) Kerri Devisi (İngiltərə) sınağa çəkəcək.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası