17 Avqust 2018, Cümə - 13:08

Boksçumuz Avropa çempionatına 1/8 finaldan başlayacaq

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı start götürüb. İyunun 12-dək davam edəcək yarışa Azərbaycan yığması da qatılıb.

Ölkəmizi çempionatda Məryəm Cəbrayılova təmsil edir. 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq boksçumuz ilk döyüşünə iyunun 7-də çıxacaq. Birinci görüşdən azad olan idmançımız 1/8 finalda türkiyəli Gülüzar Kara ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında 32 ölkənin 146 boksçusu mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası