27 İyul 2021, Çərşənbə axşamı - 23:17

Boksçumuz Avropa birinciliyində finala yüksəlib

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/2 final mərhələsinin döyüşlərinə start verilib. Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) finala gedən yolda rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib.

1/8 finalda Arseni Oniyenkonu (Ukrayna), ardınca Fyodor Kamanini (Estoniya) məğlub edən boksçumuz rinqdən yenə qalib ayrılıb. O, son Avropa çempionunu Girleanuya 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Qasımzadə final döyüşündə rusiyalı Boqdan Prima ilə qarşılaşacaq.

Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası