15 Dekabr 2018, Şənbə - 17:56

Boksçumuz Avropa birinciliyinə erməni üzərində qələbə ilə başlayıb

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib. 31 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Boksçularımızdan Əli Zamanov (48 kq) Hayk Alaberkyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Rəqibinə heç bir şans verməyən Zamanov ermənini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

İdmançımız 1/8 finalda Rusiyanı təmsil edən Eduard Voskanyanla qarşılaşacaq. Görüş bu gün baş tutacaq.

Zamanovdan fərqli, Zeynəb Rəhimovanın debütü uğurlu alınmayıb. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz ingiltərəli Saca Hikkiyə 0:5 (28:29, 27:30, 26:30, 27:30, 25:30) hesabı ilə məğlub olub.

Yarışın ikinci günündə Zamanovla yanaşı, daha 5 boksçumuz qüvvəsini sınayacaq. Əzrək Bəbirov (54 kq) çexiyalı Dominik Stepaneklə, Turğay Mirzəyev (57 kq) serbiyalı Branko Zeremskiylə, Eldar Babayev (60 kq) belaruslu Yan Krukovskiylə, Elmir Novruzov (63 kq) şotlandiyalı Cey Delaneylə və Mehman Quliyev (70 kq) monteneqrolu Miloş Krasniçi ilə döyüşəcək.

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası