28 Sentyabr 2021, Çərşənbə axşamı - 04:38

Boksçularımızın Olimpiadada ilk rəqibləri bəlli olub

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkatma mərasimi keçirilib. Texniki iclasdan sonra baş tutan tədbirdə Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

1/16 final
24 iyul
57 kq

Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam)

69 kq
Lorenzo Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan)

+91 kq
Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn)

25 iyul
63 kq

Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna)

1/8 final
28 iyul
81 kq

Alfonso Dominqes – Emmett Brennan (İrlandiya)/Dilşodbek Ruzmetov (Özbəkistan)

Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası