05 İyul 2020, Bazar - 17:00

Boksçularımız yeni ilin ilk təlim-məşq toplanışına start verib

Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib. Komandamızın baş məşqçisi Umberto Orta Dominqes hazırlığa 18 boksçu dəvət edib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı 9 gün davam edəcək və yanvarın 12-də başa çatacaq. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.

Toplanış yanvarda Tailandda baş tutacaq beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə keçiriləcək Əhməd Comərdin xatirəsinə həsr olunmuş turnirə hazırlıq xarakteri daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası