17 Dekabr 2017, Bazar - 11:59

Boksçularımız Ukraynada yoxlama matçı keçirəcək

“Qəbələ” İdman Klubunun boksçuları Ukraynanın KB-75 klubu ilə beynəlxalq yoxlama görüşü keçirəcək. Azərbaycan millisinin üzvlərindən təşkil olunan komanda Krivoy Roq şəhərində Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə qüvvəsini sınayacaq. “Qəbələ” və KB-75 klublarının boksçuları 7 çəki dərəcəsində üz-üzə gələcəklər.

Oktyabrın 21-də təşkil olunacaq matçda Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandanı Ümid Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası