16 Oktyabr 2019, Çərşənbə - 03:23

Boksçularımız Tbilisidə beynəlxalq turnirdə 2 medal qazanıblar

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. David Kvaçadzenin şərəfinə təşkil olunan yarışda Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb.

Böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın heyətində Nurlan Səfərov (60 kq) ikinci yeri tutub. Digər boksçumuz Rüfət Hüseynov (52 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, millimiz yarışa 5 boksçu ilə qatılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası