21 Aprel 2019, Bazar - 10:06

Boksçularımız “Strandja” turnirinə qatılacaq

Fevralın 13-20-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri təşkil olunacaq. 70-ci dəfə keçiriləcək yarışda kişilər 10, qadınlar 8 çəki dərəcəsi üzrə güclərini yoxlayacaqlar.

Azərbaycan kişi boksçuların mübarizəsində tam heyətlə qüvvəsini sınayacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu Sofiyada Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Sərxan Əliyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Elbrus Rzayev isə “Strandja” turnirində 3 idmançını sınaqdan keçirəcək. Bolqarıstanda Anaxanım Ağayeva (51 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxacaq.

Qeyd edək ki, komandamız səfərə fevralın 12-də gecə saatlarında yollanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası